18:21

Wizz Air təyyarəsi partlayış təhlükəsi üzündən Budapeştdə qəza enişi edib

Wizz Air təyyarəsi partlayış təhlükəsi üzündən Budapeştdə qəza enişi edib

Lider.com.az istinadən bildirir ki, London-Sofiya xətti ilə uçan "Wizz Air" aviaşirkətinə məxsus hava gəmisi partlayış təhlükəsi ehtimalı ucbatından Budapeştdə təcili enişə məcbur qalıb.

Macarıstanın müdafiə naziri Romuluş Ruşin-Sendi sosial media hesabında məlumat verərək bu barədə açıqlama yayıb.

Onun sözlərinə görə, NATO-nun "ALPHA" hava hücumundan müdafiə xidməti tərəfindən həyəcan siqnalı qaldırılıb və yaranmış təcili vəziyyətlə əlaqədar Macarıstan Silahlı Qüvvələrinin "Gripen" qırıcı təyyarələri dərhal döyüş hazırevziyyətinə gətirilib.

Hərbi təyyarələr qısa müddət ərzində səmaya qalxaraq sərnişin laynerini Ferents List adına Beynəlxalq Hava Limanına kimi müşayiət ediblər.

Xəbər lenti

    Çox oxunanlar