
Lider.com.az istinadən bildirir ki, Cənubi Koreya dövlət başçısı Li Çje Myonun və prezident aparatının əməkdaşlarının gizli məlumatları yayılıb.
Mediada yayılan məlumatlara görə, dövlət başçısı, administrasiya və Xarici İşlər Nazirliyinin işçiləri, həmçinin səfəri işıqlandıran media nümayəndələri olmaqla ümumilikdə 168 nəfərin şəxsi bilgiləri “Sərnişin siyahısı (Koreya Respublikası – Belçika)” başlığı altında internetdə yerləşdirilib.
Qeyd olunan sənədin Linin iyun ayında Belçika, İtaliya və Fransaya reallaşdırdığı səfər zamanı prezident təyyarəsindəki sərnişinlərə aid olduğu ehtimal olunur.
Telekanalın yaydığı məlumata əsasən, sənəd faylı sərbəst yükləmək üçün açıq olub və hətta liderin səfərindən öncə, iyunun 2-də paylaşılib.
