21:26

Kasım-Jomart Tokayev Qazaxıstana zərər vurmağa cəhd edənlərin cəzalandırılacağını bildirib

Kasım-Jomart Tokayev Qazaxıstana zərər vurmağa cəhd edənlərin cəzalandırılacağını bildirib

Lider.com.az istinadən bildirir ki, Qazaxıstan dövlət başçısı Kasım-Jomart Tokayev ölkəyə ziyan vurmağa çalışan şəxslərin qanun çərçivəsində məsuliyyət daşıyacağını qeyd edib.

O, bu barədə Temirtau şəhərində "Qarmet" müəssisəsinin işçi kollektivi və həmkarlar ittifaqının təmsilçiləri ilə görüşü zamanı bəhs edib.

Dövlət başçısı vurğulayıb ki, xalqın mənafeyi naminə aparılan islahatların müvəffəqiyyətlə irəliləməsi üçün daxildə əmin-amanlıq və sabitlik vacibdir, respublikaya bəla arzulayan və addımları ilə zərər yetirməyə çalışan hər bir kəs "qanun və qayda" prinsiplərinə əsasən cəzalandırılacaq.

Tokayev eyni zamanda respublikanın millətlərarası və dinlərarası dözümlülük siyasətinə, həmçinin müxtəliflikdə həmrəylik xəttinə sadiq qaldığını da diqqətə çatdırıb.

O əlavə edib ki, dövlətdə qanunilik və nizam-intizam təmin edilməlidir, Qazaxıstan isə sülhsevər siyasət yürüdür və təhlükəsizliyin möhkəmlənməsinə töhfə vermək məqsədilə bütün qonşularla, habelə dünya birliyinin maraqlı olan digər böyük və kiçik dövlətləri ilə əməkdaşlıq əlaqələrini genişləndirməkdə davam edəcəkdir.

Xəbər lenti

    Çox oxunanlar