00:14

Qətər və Türkiyənin xarici işlər nazirləri telefon vasitəsilə regional durumu müzakirə ediblər

Qətər və Türkiyənin xarici işlər nazirləri telefon vasitəsilə regional durumu müzakirə ediblər

Lider.com.az istinadən bildirir ki, Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani ilə Türkiyənin xarici siyasət idarəsinin başçısı Hakan Fidan arasında telefon danışığı baş tutub.

İkitərəfli əlaqələrin genişləndirilməsi yolları, həmçinin bölgədə cərəyan edən son hadisələr təmas zamanı nəzərdən keçirilib.

Müzakirələr zamanı gərginliyin azaldılması, habelə regional təhlükəsizliyin və sabitliyin bərqərar olunması ilə bağlı diplomatik addımlara və birgə əlaqələndirməyə xüsusi diqqət ayrılıb.

Qətər hökumətinin başçısı dənizdə üzmə azadlığının qorunması və bölgədə uzunmüddətli sülhə təminat verəcək hərtərəfli sazişin əldə edilməsi istiqamətində aparılan diplomatik işlərə ölkəsinin dəstəyini yenidən bəyan edib.

Xəbər lenti

    Çox oxunanlar