00:15

Qətər nümayəndələri ABŞ ilə razılaşmanı müzakirə etmək üçün İrana səfər ediblər

Qətər nümayəndələri ABŞ ilə razılaşmanı müzakirə etmək üçün İrana səfər ediblər

Lider.com.az istinadən bildirir ki, Qətər vasitəçiləri ABŞ ilə mümkün sövdələşməyə dair müzakirələr aparmaq məqsədilə Tehran şəhərinə yola düşüblər.

Bildirilib ki, həmin nümayəndələr İranın xarici işlər naziri Abbas Əraqçi ilə birgə Vaşinqton və Tehran arasında hazırlanan saziş layihəsini müzakirə edəcəklər.

Xatırladaq ki, bundan əvvəl İran nümayəndə heyəti ABŞ ilə qarşıdurmanın tənzimlənməsi yollarını araşdırmaq üçün Doha şəhərində səfərdə olub və həmin zaman potensial sülh sazişinin layihəsi nəzərdən keçirilib.

Ötən səfəri şərh edən Əraqçi bildirmişdi ki, ölkəsi Hörmüz boğazının açılması istiqamətində vasitəçi tərəflərlə məsləhətləşmələri davam etdirmək niyyətindədir.

Xəbər lenti

    Çox oxunanlar