
Lider.com.az istinadən bildirir ki, Amerika lideri Donald Tramp İrana qarşı hərbi əməliyyatların gerçəkləşdirilməsinə sərf olunan 30 milyard dolları kiçik rəqəm kimi qiymətləndirib və ölkəsinin Venesueladan daha çox gəlir əldə etdiyini vurğulayıb.
Bu barədə Ağ Evin rəhbəri "Fox News" televiziya kanalının yayımında bəyan edib.
Dövlət başçısı qeyd edib ki, o, İranla münaqişəyə sərf edilən 30 milyard dollardan narahatlıqla danışan səriştəsiz konqresmenin çıxışını izləyib, lakin həmin vəsait heç də böyük deyil, çünki onlar Venesuelada dəfələrlə artıq qazanc əldə ediblər.
ABŞ prezidentinin fikrincə, Vaşinqton Tehranla qarşıdurmada üstün tərəfdə dayanır.
Bununla yanaşı, Ağ Ev rəhbəri tərəflər arasındakı anlaşmanın baş tutması üçün yüksək ehtimalın mövcudluğunu diqqətə çatdırıb və məsələnin diplomatik yolla həll olunacağına inandığını dilə gətirib.
