
Lider.com.az istinadən bildirir ki, İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində ABŞ təyyarəsinə raket atdıqdan dərhal sonra Amerika qırıcısı İranın Qeşm adasında yerləşən zenit raketlərinin buraxılış qurğusunu sıradan çıxarıb.
Bu barədə tanınmış jurnalist Barak Ravid amerikalı rəsmiyə istinadən özünün sosial şəbəkə hesabında yazıb.
Məlumata əsasən, insident noyabrın 3-ü çərşənbə axşamına keçən gecə qeydə alınıb və SEPAH Qeşm adasından Hörmüz boğazındakı ABŞ təyyarəsinə qarşı raket buraxılışı həyata keçirib.
Buna cavab olaraq ABŞ hərbi təyyarəsi həmin raketin atıldığı zenit qurğusunu darmadağın edib, amerikalı rəsmi isə hərbçilərin bu addımını özünümüdafiə tədbiri adlandırıb.
Bundan əvvəl "The Wall Street Journal" nəşri də Birləşmiş Ştatların Qeşm adasına zərbə endirməsi barədə xəbər yaymışdı.
