
Lider.com.az istinadən bildirir ki, Rusiya, ABŞ və Ukrayna işçi qruplarının iştirakı ilə üçtərəfli formatda müzakirələr noyabrın 10–11-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində baş tutacaq.
Bu barədə ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
Birləşmiş Ştatlar Prezident Trampın müharibəni başa çatdırmaq səylərini irəli aparmaq məqsədilə noyabrın 10–11-də Əbu-Dabidə Ukrayna və Rusiya arasında işçi qrupları səviyyəsində keçiriləcək danışıqlarda vasitəçi kimi çıxış edəcək, - deyə o qeyd edib.
Uitkoffun sözlərinə əsasən, toplantının əsas müzakirə mövzuları müharibədən sonrakı dövr üçün təhlükəsizlik təminatları, eskalasiyanın səviyyəsinin aşağı salınması, müxtəlif humanitar təşəbbüslərin həyata keçirilməsi və böhranın sülh yolu ilə aradan qaldırılması istiqamətində atılacaq növbəti addımlar üzrə razılaşmaların əldə edilməsi olacaq.
