
Lider.com.az istinadən bildirir ki, Oman sahilləri yaxınlığında Hindistan bayrağı altında üzən yük gəmisinə hücum təşkil olunub və insident nəticəsində gəmi heyətinin bir üzvü hayatını itirib.
Hindistanın limanlar, su yolları və gəmiçilik naziri Sarbananda Sonoval bildirib ki, noyabrın 2-də baş verən hadisə zamanı "MSV AL JUSUFI" gəmisinin göyərtəsində 14 hindistanlı dənizçi olub və gəmi naməlum hava obyektinin zərbəsinə məruz qalıb.
Nazirin sözlərinə görə, gəmi heyətinin digər 13 üzvü Omanın sahil mühafizə qüvvələri tərəfindən xilas edilərək təhlükəsiz yerə təxliyə olunub, lakin dənizçilərdən biri aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.
Eyni zamanda, Hindistanın Omandakı diplomatik nümayəndəliyi sağ qalan dənizçilərin və həlak olan şəxsin meyitinin vətənə qaytarılması istiqamətində yerli qurumlarla təmasları davam etdirir.
Məlumata əsasən, Yaxın Şərq regionunda səngiməyən qarşıdurmalar səbəbindən həyatını itirən Hindistan vətəndaşlarının ümumi sayı 23 nəfərə çatıb.
