
Lider.com.az istinadən bildirir ki, Birləşmiş Ştatlar İsrail dövlətinə hər il ayrılan 4 milyard dollarlıq hərbi dəstəyi dayandırmaq niyyətindədir.
Bu barədə ABŞ lideri Donald Tramp "Fox News" telekanalına müsahibəsində məlumat verib.
Onun sözlərinə görə, bu məsələ ilə əlaqədar İsrailin baş naziri Benyamin Netanyahu ilə ortaq məxrəcə gəliblər.
Dövlət başçısı qeyd edib ki, tərəflər bir neçə ay əvvəl bu qərara gəliblər və israilli tərəfdaşlar da bunu dəstəkləyirlər.
Tramp vurğulayıb ki, İsrail inkişaf etmiş və güclü dövlətdir, artıq onların yardıma ehtiyacı yoxdur və Vaşinqton bundan sonra onlara kömək göstərməyəcək.
Bununla belə, Amerika prezidenti zərurət yaranacağı təqdirdə ABŞ-ın yenə də İsrailə dəstək verəcəyini diqqətə çatdırıb.
