
Lider.com.az istinadən bildirir ki, Ukrayna dövlət başçısı Volodimir Zelenski ölkəsindəki münaqişənin tənzimlənməsi istiqamətində Rusiya tərəfi ilə telefon danışıqları aparmaq fikrindən daşınıb.
Bunu Ukrayna lideri Almaniya kansleri Fridrix Merts ilə birlikdə Berlində təşkil etdiyi ortaq mətbuat konfransında bəyan edib.
Ukrayna Prezidenti bu cür təmasların heç bir real nəticə verməyəcəyinə inandığını ifadə edib.
Volodimir Zelenski bildirib ki, telefon vasitəsilə ünsiyyət qurulsa, Rusiya bunu gələcəkdə birbaşa təmaslardan yayınmaq üçün bəhanə kimi dəyərləndirəcək.
Eyni zamanda, o, danışıqlar naminə Moskvaya səfər etmək təklifini qətiyyətlə geri çevirib.
Ukrayna Prezidenti vurğulayıb ki, heç kəs paytaxt Moskvaya belə bir səfəri dəstəkləməyəcək.
