19:23

Nikol Paşinyan Ermənistanın Aİ və Aİİ-də eyni vaxtda təmsil oluna bilməyəcəyini deyib

Nikol Paşinyan Ermənistanın Aİ və Aİİ-də eyni vaxtda təmsil oluna bilməyəcəyini deyib

Lider.com.az istinadən bildirir ki, Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin gələcəkdə Avropa İttifaqının tamhüquqlu üzvlüyünü və Avrasiya İqtisadi İttifaqında mövcud şərtlərlə iştirakını eyni anda davam etdirə bilməyəcəyini bəyan edib.

Hökumət başçısı bu barədə noyabrın 3-də Brüsseldə təşkil olunan Aİ-nin genişlənməsi sammiti çərçivəsində “Euronews” telekanalına verdiyi müsahibəsində danışıb.

O, mövcud qaydalara əsasən hər iki təşkilatdakı üzvlüyün bir-biri ilə ziddiyyət təşkil etdiyini, xüsusən də gömrük tənzimlənməsi sahəsində uyğunsuzluqların olduğunu diqqətə çatdırıb.

Paşinyan vurğulayıb ki, müəyyən mərhələdə İrəvan seçim etmək məcburiyyətində qalacaq.

Onun sözlərinə görə, indiki vəzifə real alternativlər yaratmaqdır ki, vətəndaşlar hər iki yolun hansı üstünlüklər qazandırdığını başa düşərək qərar verə bilsinlər.

Xəbər lenti

    Çox oxunanlar