
Lider.com.az istinadən bildirir ki, Ukrayna Təhlükəsizlik Xidməti (SBU) və Baş Prokurorluq ölkə liderinin sabiq mətbuat katibi Yuliya Mendel barəsində cinayət işi qaldırıb.
Təhlükəsizlik qurumunun açıqlamasına əsasən, Mendel Ukrayna əleyhinə informasiya-təxribat xarakterli işlərlə məşğul olub.
Ona qarşı Ukrayna Cinayət Məcəlləsinin iki maddəsi üzrə ittihamlar irəli sürülüb ki, bura hərbi vəziyyət şəraitində dövlətə xəyanət, eləcə də Rusiyanın hərbi təcavüzünə bəraət qazandırma və onun tərəfdarlarını təbliğ etmə daxildir.
Xidmətin yaydığı məlumata görə, Mendel öz çıxışlarında və sosial media hesablarındakı paylaşımlarında dövlətimizi beynəlxalq səviyyədə gözdən salmağa cəhd göstərib, həmçinin Moskvann apardığı müharibəyə haqq qazandırıb.
Hali-hazırda ölkə xaricində olan keçmiş katibin məsuliyyətə cəlb olunması üçün müvafiq addımlar atılır.
Xatırladaq ki, Mendel əvvəllər də Ukrayna dövləti və dövlət başçısı haqqında tənqidi fikirlər səsləndirmişdi. O, cari ilin may ayında jurnalist Taker Karlsona verdiyi müsahibədə Rusiya təbliğatına səsləşən fikirlər dilə gətirmişdi. 2026-cı ilin avqust ayında isə Fransanın “Le Journal” qəzetinə müsahibəsində prezidenti müharibədən maksimum qazanc əldə edən şəxs kimi səciyyələndirmiş, onu avtoritar idarəçilikdə və korrupsiya hallarına göz yummaqda günahlandırmışdı.
