22:16

Yunanıstanda İsrail kruiz gəmisində bomba təhlükəsi ilə bağlı yoxlama aparılıb

Yunanıstanda İsrail kruiz gəmisində bomba təhlükəsi ilə bağlı yoxlama aparılıb

Lider.com.az istinadən bildirir ki, Yunanıstanın Siroz adasının limanında dayanmış İsrail bayraqlı “Crown Iris” adlı kruiz gəmisində partlayıcı maddə barədə daxil olan xəbərdarlıqdan sonra axtarış tədbirləri həyata keçirilib.

Heyəti 597 nəfərdən, sərnişinləri isə 940 nəfərdən ibarət olan dəniz nəqliyyat vasitəsi Hayfa şəhərinə səfərə hazırlaşırmış.

Həyata keçirilən yoxlamalar nəticəsində gəmidə heç bir şübhəli və ya partlayıcı qurğu tapılmayıb.

Bildirilib ki, şəxsiyyəti hələlik məlum olmayan biri gəmi kapitanı ilə radio vasitəsilə əlaqə quraraq sualtı gövdəyə partlayıcı quraşdırıldığını iddia edib.

Bundan dərhal sonra kapitan dəniz limanının rəhbərliyinə məlumat verib və dərhal təhlükəsizlik qüvvələri əraziyə cəlb olunub.

Xəbər lenti

    Çox oxunanlar