
Lider.com.az istinadən bildirir ki, Rusiya hərbçiləri Ukraynadakı Xmelnitski Atom Elektrik Stansiyasının dayanıqlı işini qoruyan mühüm yarımstansiyaya üç pilotsuz uçuş aparatı vasitəsilə zərbə endiriblər.
Ukraynanın energetika naziri Denis Şmıqal bu cür basqınların təkcə ölkəsinin deyil, həmçinin bütün Avropa qitəsinin nüvə təhlükəsizliyinə ciddi təhlükə töratdiyini vurğulayıb.
Nazirin verdiyi məlumata əsasən, Ukraynanın energetika infrastrukturuna təşkil olunan irimiqyaslı hücum zamanı qarşı tərəf 289 dron, 17 ballistik və 59 qanadlı raket işlədib və əsas hədəf enerji obyektləri olub.
Şmıqal baş verənlərlə əlaqədar olaraq Beynəlxalq Atom Enerjisi Agentliyinin xəbərdar edildiyini qeyd edərək, beynəlxalq tərəfdaşları Rusiyanın bu cür əməllərinə qarşı sərt mövqe sərgiləməyə dəvət edib.
