
Lider.com.az istinadən bildirir ki, Şimali Koreya tərəfindən Yapon dənizi istiqamətində hələlik kimliyi müəyyənləşdirilməyən mərmi buraxılıb.
Cənubi Koreya ordusuna istinad edən "Yonhap" agentliyinin yaydığı məlumata əsasən, bu barədə xəbər verilib.
Həmin ölkənin Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsi hazırda uçuş parametrlərini və göstəricilərini araşdırır.
Xatırladaq ki, Cənubi Koreya hərbçiləri oktyabrın 29-da da Yapon dənizinə doğru naməlum mərminin atıldığını iddia etmişdilər, lakin sonradan həmin silahların qısa mənzilli ballistik raketlər olduğu açıqlanmışdı.
