10:29

Donald Tramp respublikaçıların aralıq seçkilərdəki məğlubiyyətini şərh edib

Donald Tramp respublikaçıların aralıq seçkilərdəki məğlubiyyətini şərh edib

Lider.com.az istinadən bildirir ki, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Respublikaçılar Partiyasının Konqresə keçirilən aralıq seçkilərində uğursuzluğa düçar olmasını öz hakimiyyətinə qarşı etimadsızlıq kimi qəbul etmədiyini açıqlayıb.

Tramp “Fox News” telekanalına telefon vasitəsilə canlı müsahibə verərək səsvermənin yekunlarını şəxsi ünvanına yönəlmiş zərbə hesab etmədiyini diqqətə çatdırıb.

Dövlət başçısı qeyd edib ki, iqtisadi sahə və gördükləri bütün işlər nəzərə alınarsa, ölkə tarixində ən müvəffəqiyyətli iki ili arxada qoyublar.

Birləşmiş Ştatların lideri Amerika vətəndaşlarına son müraciətinin nədən ibarət olduğu sualını cavablandırarkən rəqib Demokratlar Partiyasını təbrik edib.

Xəbər lenti

    Çox oxunanlar