
Lider.com.az istinadən bildirir ki, Ermənistanın müxalifyönümlü “Güclü Ermənistan” partiyasının rəhbəri Samvel Karapetyan yenidən azadlıqdan məhrum edilib.
Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Karapetyanı yaşayış binasının arxa girişindən çıxararaq naməlum istiqamətə aparıblar.
Noyabrın 4-də səhər saatlarından etibarən Samvel Karapetyanın, həmçinin “Güclü Ermənistan” parlament fraksiyasının rəhbəri Narek Karapetyanın evlərində istintaq tədbirlərinə başlanılıb.
Ermənistan İstintaq Komitəsinin yaydığı məlumata əsasən, iqtisadi xarakterli cinayətlər və qaçaqmalçılıq işi üzrə respublika ərazisində eyni vaxtda 65 ünvanda axtarış əməliyyatları həyata keçirilir.
Axtarışların “Taşir” Şirkətlər Qrupunun rəhbəri Samvel Karapetyan və onun qardaşı oğlu, deputat Narek Karapetyanla yanaşı, onların ailəsinə bağlı digər ünvanları da əhatə etdiyi bildirilib.
