20:50

Dmitri Peskov Əbu-Dabidə təşkil olunacaq üçtərəfli danışıqların gündəliyini açıqlayıb

Dmitri Peskov Əbu-Dabidə təşkil olunacaq üçtərəfli danışıqların gündəliyini açıqlayıb

Lider.com.az istinadən bildirir ki, Əbu-Dabidə baş tutacaq Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar əsasən təhlükəsizlik məsələlərinə və təhlükəsizlik zəmanətlərinə həsr olunacaq və bu müzakirələr qapalı rejimdə keçiriləcək.

Rusiya liderinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Rusiya nümayəndə heyətinin tam tərkibi müvafiq vaxtda elan ediləcək.

Daha öncə Peskov qeyd etmişdi ki, Rusiya-ABŞ-Ukrayna üçtərəfli görüşünün noyabrın 10-11-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə baş tutması planlaşdırılır.

Digər tərəfdən, Peskov Ağ Evdə ABŞ-nin birinci xanımı Melaniya Trampın iştirakı ilə keçiriləcək görüşdə Rusiyanı insan hüquqları üzrə ombudsman Yana Lantratovanın və Rusiya prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyevin təmsil edəcəyinin gözlənildiyini də diqqətə çatdırıb.

Xəbər lenti

    Çox oxunanlar