21:38

Donald Tramp İrana qarşı fövqəladə vəziyyət rejiminin müddətini uzatdı

Donald Tramp İrana qarşı fövqəladə vəziyyət rejiminin müddətini uzatdı

Lider.com.az istinadən bildirir ki, Amerika Birləşmiş Ştatlarının rəhbəri Donald Tramp Tehrana qarşı birtərəfli məhdudiyyətləri ehtiva edən xüsusi rejim müddətinin bir il də uzadılması barədə qərar verib.

Açıqlama dövlət başçısının Federal Reyestrdə yayımlanan rəsmi müraciətində yer alıb.

Sənəddə vurğulanır ki, Vaşinqtonun Tehranla əlaqələri hələ də düzəlməyib və 1981-ci il yanvarın 19-da qəbul edilən Əlcəzair sazişlərinin icrası hələ də davam etdirilir, hansı ki, bu sənədlər nəticəsində 1979-cu ildə baş verən inqilabdan sonra paytaxt Tehranda bir ildən artıq müddətdə girov vəziyyətində qalan ABŞ diplomatları azadlığa buraxılmışdı.

Amerika liderinin sözlərinə görə, məhz bu amillərə əsasən, 1979-cu il noyabrın 14-də elan olunmuş xüsusi rejim və həmin dövrdə tətbiq edilən addımlar 2026-cı ilin noyabr ayının 14-dən sonra da qüvvəsini qoruyub saxlamalıdır.

Xatırladaq ki, keçmiş ABŞ prezidenti Cimmi Karter həmin ilin noyabrın 14-də Tehranda amerikalı vətəndaşların girov saxlanılmasına cavab olaraq 12170 nömrəli sərəncam imzalamışdı və bu sərəncamla Amerikanın yurisdiksiyasındakı bütün rəsmi İran aktivlərinin, o cümlədən maliyyə hesablarının dondurulması tapşırılmışdı.

Bundan əlavə, 1980-ci il aprelin 7-də Karter İranla diplomatik əlaqələrə son qoymuş, ölkəyə qida məhsulları və dərman preparatları daxil olmaqla istənilən malın göndərilməsini qadağan etmişdi, daha sonra isə İrandan məhsulların idxalına embarqo qoyulmuş və ABŞ vətəndaşlarının həmin ölkəyə səfərləri qadağan edilmişdi.

Xəbər lenti

    Çox oxunanlar