00:30

Tramp Pentaqon rəhbərini vəzifəsindən uzaqlaşdırmaq fikrində deyil

Tramp Pentaqon rəhbərini vəzifəsindən uzaqlaşdırmaq fikrində deyil

Lider.com.az istinadən bildirir ki, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp ölkənin müdafiə naziri Pit Heqseti tutduğu postdan uzaqlaşdırmaq niyyətində olmadığını söyləyərək onun işini yüksək dəyərləndirib.

Birləşmiş Ştatların dövlət başçısı bu barədə Ağ Evin binası önündə media nümayəndələrinə açıqlama verərkən danışıb.

Pentaqon rəhbərinin istefaya göndərilə biləcəyi ehtimalı ətrafındakı sualı cavablandıran ABŞ lideri "Xeyr, hesab edirəm ki, o, işinin öhdəsindən çox yaxşı gəlir" ifadələrini işlədib.

Xatırladaq ki, daha öncə "CBS News" telekanalı öz mənbələrinə istinadən Donald Trampın köməkçiləri ilə Pit Heqsetin vəzifədən azad olunması variantını müzakirə etdiyini yaymışdı.

Xəbər lenti

    Çox oxunanlar