00:30

Ukrayna nümayəndələri Brüsseldə bərpa planı və maliyyələşmə məsələlərini müzakirə ediblər

Ukrayna nümayəndələri Brüsseldə bərpa planı və maliyyələşmə məsələlərini müzakirə ediblər

Lider.com.az istinadən bildirir ki, Belçikanın paytaxtı Brüsseldə Ukrayna rəsmiləri və beynəlxalq tərəfdaşlar arasında dövlətin müharibədən sonrakı dövrdə bərpasına, eləcə də 2027-ci ilin maliyyələşməsinə dair iki toplantı baş tutub.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovun verdiyi məlumata görə, ilkin toplantıda ölkənin yenidən qurulması istiqamətlərini, sərmayələrin cəlb edilməsini və iqtisadi artımı əks etdirən "Prosperity Plan" sənədi nəzərdən keçirilib.

Bu müzakirələrdə Avropa Komissiyası, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, NATO, Dünya Bankı və "BlackRock" qurumunun təmsilçiləri qatılıblar.

Umerov qeyd edib ki, işlənib hazırlanan "Prosperity Plan" müharibədən sonrakı dönəmdə Ukraynanın dirçəldilməsini, investisiya yatırımlarının təşviqini və iqtisadi imkanların yaradılmasını müəyyənləşdirməlidir, tərəflər isə həmin sənədlə bağlı qarşıdakı addımları və icra qrafiklərini razılaşdırıblar.

İkinci iclasda isə Ukrayna nümayəndə heyəti 2027-ci ilə aid maliyyə tələbatını, tələb olunan məbləği və büdcə kəsirinin bağlanması mexanizmlərini tərəfdaş dövlətlərə təqdim edib, həmçinin Rusiyanın yaratdığı təhlükələrə qarşı birgə mübarizə tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.

Umerovun açıqlamasına əsasən, növbəti mərhələdə Brüsseldə Ukrayna üçün təhlükəsizlik zəmanətləri mövzusunda danışıqlar davam etdiriləcək.

O vurğulayıb ki, söhbət təkcə Ukraynanın deyil, həm də gələcəkdə bütün Avropanın yeni təhlükəsizlik arxitekturasından bəhs edir və Ukraynanın uzunmüddüdlü təhlükəsizliyi təmin olunmadan Avropanın da dayanıqlı təhlükəsizliyinə nail olmaq qeyri-mümkündür.

Xəbər lenti

    Çox oxunanlar