
Lider.com.az istinadən bildirir ki, Birləşmiş Ştatların Cənubi və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi və eyni zamanda Hindistandakı səfiri vəzifəsini icra edən Serxio Qor hökumət aparatında mühüm post tuta bilər.
Bu barədə informasiyanı öz mənbələrinə istinadən "The Washington Sun" nəşri yayıb.
Nəşrin yaydığı məlumata əsasən, Qor ABŞ lideri Donald Trampın ətrafındakı şəxslər arasında yüksək vəzifələrə iddialı əsas namizədlərdən biri kimi nəzərdən keçirilir.
Bundan başqa, onun mövcud dövlət katibi Marko Rubionu əvəz etmək ehtimalı da istisna edilmir.
Xatırladaq ki, 1986-cı ildə Daşkənd şəhərində dünyaya gələn Serxio Qorun əsl doğum adı Sergey Qoroxovskidir.
