22:52

Rəcəb Tayyib Ərdoğan Qarabağda aparılan bərpa işlərindən danışıb

Rəcəb Tayyib Ərdoğan Qarabağda aparılan bərpa işlərindən danışıb

Lider.com.az istinadən bildirir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra gerçəkləşdirilən mətbuat konfransında Azərbaycanın işğaldan azad olunan torpaqlarında gerçəkləşdirilən bərpa və yenidənqurma layihələrinə diqqət çəkib.

Dövlət başçısı Qarabağ bölgəsində irimiqyaslı bərpa işlərinin davam etdiyini vurğulayıb.

Türkiyə lideri qeyd edib ki, hazırda həmin ərazilərin hər yerində sülh mühiti hakimdir və rəsmi Ankara bu istiqamətdə Azərbaycana hər cür dəstək göstərir.

Eyni zamanda, Ərdoğan Qarabağın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizə Allahdan rəhmət diləyib.

Xəbər lenti

    Çox oxunanlar