Sizin Reklam Burada
RU
09:30

Pakistanda güclü partlayış - 13 ölü, 50 yaralı

Pakistanda güclü partlayış - 13 ölü, 50 yaralıPakistanın şimal-qərbində yerləşən Svat vadisinin terrorla mübarizə idarəsində güclü partlayış baş verib.

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Pakistan polisinə istinadən məlumat yayıb.

Terrorla mübarizə idarəsinin silah-sursat anbarında baş verən iki partlayış nəticəsində azı 13 nəfər ölüb, 50-dən çox adam yaralanıb.

Polis döyüş sursatlarının "çox güman ki, elektrik qısaqapanması səbəbindən alovlandığını" bildirib. Hələlik kənardan hücuma dair heç bir dəlil müəyyən edilməyib.

Çox oxunanlar