
Lider.com.az istinadən bildirir ki, paytaxtın müxtəlif küçə və prospektlərində avtomobillərin hərəkətində sıxlıq qeydə alınır.
Məsələ ilə əlaqədar Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən açıqlama verilib.
Hazırda mövcud olan yol şəraiti aşağıdakı kimidir:
1. 8 Noyabr prospektində, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
2. Babək prospektində, mərkəz istiqamətində;
3. Heydər Əliyev prospektinin əsas yolunda, mərkəz istiqamətində;
4. Heydər Əliyev prospektinin köməkçi yolunda, mərkəz istiqamətində;
5. Bakı-Sumqayıt şosesində, "20 Yanvar" metro stansiyası istiqamətində;
6. Ziya Bünyadov prospektində, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
7. Əbdülvahab Salamzadə küçəsində, Ziya Bünyadov prospekti istiqamətində;
8. Tbilisi prospektində, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
9. 28 May küçəsində, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
10. Üzeyir Hacıbəyli küçəsində, Azadlıq prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.
