10:11

Bakıda mikromobillik zolaqlarının ümumi uzunluğu 68 kilometrə yaxınlaşıb

Bakıda mikromobillik zolaqlarının ümumi uzunluğu 68 kilometrə yaxınlaşıb

Lider.com.az istinadən bildirir ki, paytaxtda mikromobillik şəbəkəsinin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Görülən işlərin əsas məqsədi hərəkət iştirakçılarının təhlükəsizliyini artırmaq, rahatlığı təmin etmək və şəbəkənin davamlılığına nail olmaqdır.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, fasiləsiz zolağın yaradılması məqsədilə velosiped yolları mərhələli şəkildə bir-biri ilə əlaqələndirilir. Hazırda paytaxtdakı mikromobillik zolaqlarının uzunluğu 67,8 kilometrə bərabərdir.

Qeyd edək ki, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində bu zolaqların uzunluğunun 100 kilometrə çatdırılması nəzərdə tutulub.

İnfrastrukturun genişləndirilməsi nəqliyyat vasitələrindən istifadə edənlərin sayına da müsbət təsir göstərib. Cari ilin doqquz ayı ərzində Bakı mərkəzində başa çatan və fərdi avtomobillər, taksilər, velosipedlər, həmçinin skuterlərlə icra olunan səfərlərin 19,7 faizi mikromobillik vasitələrinin payına düşüb. Ötən ilin müvafiq dövründə isə bu göstərici 12 faiz təşkil edirdi.

Xəbər lenti

    Çox oxunanlar