
Lider.com.az istinadən bildirir ki, Ağdam şəhərinə və Xocavənd rayonunun Quzeyxırman kəndinə yeni köç karvanları yola salınıb.
Hazırkı mərhələdə Ağdam evinə dönən 70 ailə olmaqla ümumilikdə 238 nəfəri, Quzeyxırman kəndinə isə 8 ailə olmaqla 34 sakini qəbul edib.
Köçürülən vətəndaşlar əvvəllər ölkənin müxtəlif bölgələrində, başlıca olaraq yataqxanalarda, həmçinin sanatoriyalarda və inzibati obyektlərdə müvəqqəti məskunlaşmış şəxslərdir.
Yurdlarına qayıdan sakinləri dövlət tərəfindən hər tərəfli diqqət və qayğı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Eyni zamanda, onlar torpaqlarımızı işğaldan azad edən qüdrətli Azərbaycan Ordusuna, igid əsgər və zabitlərə təşəkkür edib, bu müqəddəs yolda canlarını fəda edən şəhidlərimizə Allahdan rəhmət diləyiblər.
