09:50

Bakıda daha dörd avtobus marşrutunun dayanacağı dəyişdirilir

Bakıda daha dörd avtobus marşrutunun dayanacağı dəyişdirilir

Lider.com.az istinadən bildirir ki, noyabrın 2-dən etibarən 102, 130, 142 və 159 nömrəli avtobus xətləri “20 Yanvar” metrostansiyasının ətrafında, Moskva prospektində yerləşən “14 saylı notariat ofisi” qarşısındakı dayanacaqdan kənarlaşdırılacaq.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin açıqlamasına əsasən, bu yenilik sərnişin axınının daha səmərəli idarə olunması, intervalların tənzimlənməsi, eləcə də nəqliyyat qovşaqlarında tıxacların minimuma endirilməsi məqsədilə reallaşdırılır.

Xocəsən və Sulutəpə istiqamətinə işləyən 102 və 159 nömrəli avtobusların istifadəçiləri həmin nəqliyyat vasitələrinə “20 Yanvar” stansiyasının Müzəffər Həsənov küçəsindəki çıxışında yerləşən başlanğıc dayanacaqda, yaxud “Şamaxinka”da “Alov zavodu”nun qarşısındakı məntəqədə minib-düşə bilərlər.

Digər tərəfdən, 130 və 142 nömrəli marşrutların sərnişinləri Moskva prospektindəki “Azərbaycanfilm Kinostudiyası” dayanacağından yararlana bilərlər.

Həmin avtobusların Lökbatan və Masazır istiqamətindəki növbəti dayanacağı isə yenə “Şamaxinka” ərazisindəki “Alov zavodu” ilə üzbəüz yerləşən dayanacaq olacaq.

Qeyd edək ki, bundan əvvəl 114A, 114B, 500, 503 və 508 nömrəli marşrut avtobusları da qeyd edilən notariat ofisinin yanındakı dayanacaqdan başqa istiqamətə köçürülmüşdü.

Xəbər lenti

    Çox oxunanlar