14:23

Ağdamda Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclası baş tutub

Ağdamda Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclası baş tutub

Lider.com.az istinadən bildirir ki, işğaldan azad olunan bölgələrdə məsələlərin mərkəzləşdirilmiş şəkildə həlli məqsədilə yaradılan Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzi nəzdində fəaliyyət göstərən Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti toplantısı Ağdamda təşkil olunub.

Tədbirdə aidiyyəti dövlət qurumlarının rəsmiləri, o cümlədən Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı, Zəngilan, Ağdərə, Xocalı rayonlarında və Xankəndi şəhərində Prezidentin xüsusi nümayəndəliklərinin, eləcə də Bərpa, Tikinti və İdarəetmə xidmətlərinin təmsilçiləri qatılıblar.

Görüş zamanı Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarında infrastruktur layihələrinin icrası zamanı ekoloji normalara əməl edilməsi, yaşıllıqların köçürülməsi, yerli xammal resurslarına çıxış qaydalarının asanlaşdırılması, aqrar sektorda həyata keçirilən tədbirlər, eləcə də məişət tullantılarının idarə olunması istiqamətində görülən işlər ətraflı müzakirə edilib.

Xəbər lenti

    Çox oxunanlar