
Lider.com.az istinadən bildirir ki, axşam saat yeddi radələrində Dərnəgül məntəqəsində elektrik təchizatı şəbəkəsində gərginliyin olmaması ucbatından iki qatarın hərəkətində ləngimə müşahidə olunub.
Bu hadisə ilə əlaqədar "Azərbaycan Dəmir Yolları" QSC açıqlama yayıb.
Qurumdan vurğulanıb ki, vətəndaşların təhlükəsiz şəkildə ünvanlarına çatdırılması istiqamətində dərhal zəruri addımlar atılıb.
Sonda qeyd olunub ki, Bakı-Xırdalan marşrutu üzrə qatarların qrafiki üzrə gediş-gəlişi tam bərpa edilib.
