
Lider.com.az istinadən bildirir ki, paytaxtın bir sıra magistral yollarında və küçələrində avtomobillərin hərəkətində sıxlıq qeydə alınıb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin təqdim etdiyi məlumata əsasən, hazırda mövcud vəziyyət aşağıdakı kimidir:
1. Aeroport şosesi üzrə “Koroğlu” metro stansiyası istiqamətində;
2. 1-ci Göl kənarı yolu istiqamətindən Ziya Bünyadov prospektinə tərəf;
3. Binəqədi şosesində “Azadlıq prospekti” metro stansiyası istiqamətində;
4. Bakı-Sumqayıt şosesindən “20 Yanvar” metro stansiyası istiqamətində;
5. Alı Mustafayev küçəsi ilə Ziya Bünyadov prospekti istiqamətində;
6. Ziya Bünyadov prospektinin Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən “20 Yanvar” metro stansiyası istiqamətində;
7. Ziya Bünyadov prospektində Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətinə doğru;
8. Tbilisi prospektində “20 Yanvar” metro stansiyasından mərkəzə kimi;
9. Yusif Səfərov küçəsində mərkəz istiqamətində;
10. Üzeyir Hacıbəyli küçəsində Azadlıq prospekti ilə kəsişməyədək;
11. 8 Noyabr prospektinin Süleyman Əhmədov küçəsi ilə kəsişməsindən mərkəz istiqamətinədək;
12. Zərifə Əliyeva küçəsində;
13. 28 May küçəsinin Puşkin küçəsi ilə kəsişməsindən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər olan hissədə sıxlıq müşahidə olunur.
