
Lider.com.az istinadən bildirir ki, paytaxtın Yasamal, Səbail, Binəqədi və Xəzər rayonlarında aparılacaq təmir və yenidənqurma tədbirləri səbəbindən elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.
Bu barədə “Azərişıq” Açıq Səhmdar Cəmiyyətindən məlumat verilib.
Bildirilib ki, noyabrın 3 tarixində qeyd olunan rayonların Enerji Təchizatı və Satışı İdarələrinin xidmət zonalarında bərpa və təkmilləşdirmə işləri həyata keçiriləcək.
Yasamal rayonunda yerləşən Transformator Məntəqəsində reallaşdırılacaq təmir tədbirləri ilə əlaqədar səhər saat 10:00-dan günorta 13:00-dək Abbas Mirzə Şərifzadə, Akim Abbasov, Bəsti Bağırova, Cəfər Cabbarlı, Zahid Xəlilov, Zivər bəy Əhmədbəyov küçələrində, eləcə də Mətbuat prospektinin bir hissəsində işıq olmayacaq.
Səbail rayonundakı Transformator Məntəqəsində icra olunacaq işlər zamanı isə səhər saat 10:00-dan 14:00-dək Badamdar qəsəbəsinin 2-ci yaşayış massivində və Mikayıl Müşfiq küçəsində enerjinin verilişində qısa fasilə müşahidə ediləcək.
Binəqədi rayonunda yerləşən 35/6 kilovoltluq 93 saylı yarımstansiyadan qidalanan 6 kilovoltluq “Aşağı Sulutəpə” və “Xocəsən” hava xətlərində təmir aparılacaq, həmçinin 110/35/6 kilovoltluq “ETK-4” yarımstansiyasından çıxan “Masazır-1” və “Masazır-2” xətlərinin naqilləri yenilənəcək.
Nəticədə, saat 10:00-dan 13:00-dək Sulutəpə və Xocəsən qəsəbələrinin müəyyən hissələrində, saat 10:00-dan 17:00-dək isə 10 May küçəsində və Xırdalan-Binəqədi yolunun aşağı hissəsində enerji təchizatı məhdudlaşdırılacaq.
Xəzər rayonunda da 35/6 kilovoltluq 491 saylı yarımstansiyanın hava xəttində aparılacaq yenilənmə işləri ilə əlaqədar səhər saat 10:00-dan axşam saat 16:00-dək Buzovna qəsəbəsinin Albalılıq yaşayış massivində, eləcə də Abşeron, Abbasqulu Abdullayev, Baba Salahov, İzmir, Musa Nağıyev və Məmməd Namazov küçələrinin bəzi ünvanlarında işıq fasilələrlə verilməyəcək.
Qurumdan əlavə olunub ki, planlaşdırılan bərpa və yenidənqurma tədbirləri başa çatdıqdan sonra abonentlərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təminatı yaxşılaşdırılacaq.
