
Lider.com.az istinadən bildirir ki, noyabrın 4-də günorta saat 12:00-dan başlayaraq Heydər Əliyev adına Beynəlxalq Hava Limanı–Bilgəh magistralının Buzovna dairəsinin altındakı nəqliyyat qovşağında yerləşən həcmi 90 kubmetr olan nasosxana anbarında təmizlik tədbirləri icra ediləcək.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən açıqlamaya əsasən, həyata keçiriləcək təmizləmə əməliyyatları səbəbilə avtomobil yolunun həmin sahəsində avtomobillərin hərəkəti yalnız bir istiqamət üzrə məhdudlaşdırılacaq.
Sürücülərdən yolda olarkən maksimum diqqət göstərmələri, müvafiq yol nişanlarının göstərişlərinə riayət etmələri və aparılan təmir-bərpa işlərinə anlayışla yanaşmaları xahiş olunur.
