22:34

Qaradağın bəzi hissələrində yollar təmir olunacaq

Qaradağın bəzi hissələrində yollar təmir olunacaq

Lider.com.az istinadən bildirir ki, noyabrın 5-i səhər saat 08:00-dan etibarən Qaradağ rayonunun Səngəçal və Ələt qəsəbələrində iki fərqli nöqtədə bərpa işlərinə başlanılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Aparılacaq təmir tədbirləri ilə əlaqədar olaraq göstərilən ərazilərdə avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq.

Sürücülərdən yollarda hərəkətdə olarkən maksimum diqqət göstərmələri, müvafiq yol nişanlarının göstərişlərinə riayət etmələri və görülən işlərə anlayışla yanaşmaları xahiş olunur.

Xəbər lenti

    Çox oxunanlar