
Lider.com.az istinadən bildirir ki, 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Naxçıvan şəhərində hərbi yürüş keçirilib.
Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçularının və Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecin kursantlarının iştirakı ilə baş tutan yürüş Naxçıvan şəhərindəki Dilqəm Pişəvəri küçəsindən start götürüb.
Hərbçilər orkestrin müşayiəti ilə həyata keçirilən yürüşü şəhərin Əziz Əliyev küçəsi və Heydər Əliyev prospektinin kəsişməsindən "Zəfər parkı"nadək davam etdiriblər.
Tədbir zamanı hərbi vətənpərvərlik ruhunda marşlar və müvafiq şüarlar səsləndirilib.
