Sizin Reklam Burada
RU
20:03

66 yaşlı kişini motosiklet vurub öldürdü

Yolu keçmək istəyən piyadanı motosiklet vurub.

“Qafqazinfo” xəbər verir ki, hadisə Salyan şəhərində qeydə alınıb.

Belə ki, Elmir Zeynalov idarə etdiyi “Muravey” markalı motosikletlə yolu keçən rayon sakini, 1960-cı il təvəllüdlü Zəfər Vəliyevi vurub.

O, aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Çox oxunanlar