00:16

Bakı məktəbində çəkiliş qrupuna hücum edilib, saxlanılanlar var

Bakı məktəbində çəkiliş qrupuna hücum edilib, saxlanılanlar var

Lider.com.az istinadən bildirir ki, paytaxtın Yasamal rayonundakı 225 nömrəli orta məktəbdə "REAL TV" telekanalının işçilərinə qarşı zorakılıq törədilib.

Bildirilir ki, oktyabrın 28-də təhsil ocağında yeddinci sinif şagirdinin dərslər zamanı pəncərədən düşməsi hadisəsini işıqlandırmaq üçün ünvana yollanan media nümayəndələri təhsil müəssisəsinin həyətində bir neçə nəfərin basqını ilə üzləşiblər.

Məlumata əsasən, insident məktəb gözətçisinin təhriki nəticəsində gerçəkləşib, bunun ardınca isə telekanalın operatoru və stajoru müxtəlif dərəcəli bədən xəsarətləri xəsarətləri alıblar.

Baş verənlərlə əlaqədar olaraq dərhal Daxili İşlər Nazirliyinin "102" Çağrı Mərkəzinə məlumat verilib.

Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində insidentlə əlaqədar saxlanılan şəxslərin olduğu müəyyənləşib.

Fakt üzrə müvafiq araşdırma işləri davam etdirilir.

Xəbər lenti

    Çox oxunanlar