23:14

Bakıda yük maşınının qəza törətməsi yolda hərəkəti məhdudlaşdırıb

Bakıda yük maşınının qəza törətməsi yolda hərəkəti məhdudlaşdırıb

Lider.com.az istinadən bildirir ki, paytaxtın Nərimanov rayonunda yerləşən Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsində yük avtomobili qəza törədib.

Baş verən yol nəqliyyat hadisəsi səbəbindən metronun “Koroğlu” stansiyası istiqamətində avtomobillərin hərəkətində məhdudiyyət yaranıb.

Qəza törədən nəqliyyat vasitəsinin ərazidən uzaqlaşdırılması və yolun hərəkət hissəsinin yenidən açılması istiqamətində polis əməkdaşları tərəfindən müvafiq işlər görülür.

Xəbər lenti

    Çox oxunanlar