09:06

Abşeronda tövlədə yanğın baş verib, ot bağlamaları yanıb

Abşeronda tövlədə yanğın baş verib, ot bağlamaları yanıb

Lider.com.az istinadən bildirir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonunun Hökməli qəsəbəsində yanğın baş verməsi barədə xəbər daxil olub.

Məlumat qəbul edildikdən dərhal sonra qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə yönləndirilib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində alovun daha da böyüməsinin qarşısı alınıb və yanğın söndürülüb.

Hadisə nəticəsində ümumi sahəsi 80 kvadratmetr olan taxta konstruksiyalı tövlə, həmçinin ətrafına yığılan 14 ton ot bağlamasından 7 tonu kül olub.

Görülən tədbirlər nəticəsində ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı digər tikililər alovdan qorunub, xəsarət alan yoxdur.

Xəbər lenti

    Çox oxunanlar