
Lider.com.az istinadən bildirir ki, Bakının bir neçə küçə və prospektində avtomobillərin hərəkətində ləngimələr və tıxaclar qeydə alınır.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yaydığı məlumata əsasən, hazırda paytaxt yollarındakı mövcud vəziyyət belədir:
Bakı-Sumqayıt şosesi üzrə "20 Yanvar" metro stansiyası istiqamətində;
Əbdülvahab Salamzadə küçəsindən Ziya Bünyadov prospekti istiqamətində;
Əbdülvahab Salamzadə küçəsindən "Qələbə" dairəsi istiqamətində;
Tbilisi prospekti ilə "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
Ziya Bünyadov prospektinin Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən "20 Yanvar" metro stansiyası istiqamətində;
Heydər Əliyev prospektinin əsas yolu üzrə mərkəz istiqamətində;
Heydər Əliyev prospektinin köməkçi yolu üzrə mərkəz istiqamətində;
8 Noyabr prospektinin Süleyman Əhmədov küçəsi ilə kəsişməsindən mərkəz istiqamətində;
Üzeyir Hacıbəyli küçəsi üzrə Azadlıq prospekti ilə kəsişməyə qədər;
Yusif Səfərov küçəsində mərkəz istiqamətində;
28 May küçəsinin Puşkin küçəsi ilə kəsişməsindən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
Aeroport şosesi üzrə "Koroğlu" metro stansiyası istiqamətində;
1-ci Göl kənarı yolu istiqamətindən Ziya Bünyadov prospektinə doğru sıxlıq müşahidə olunur.
