14:22

Qax rayonunda bir neçə evdən oğurluq edən şəxs tutulub

Qax rayonunda bir neçə evdən oğurluq edən şəxs tutulub

Lider.com.az istinadən bildirir ki, Qax rayonundakı evlərin birindən müxtəlif məişət əşyalarının oğurlanması xüsüsündə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməldə şübhəli bilinən S.Məmmədli kimliyi dəqiqləşdirilərək yaxalanıb.

Həmin şəxsin dindirilməsi və aparılan araşdırmalar nəticəsində onun rayon ərazisindəki digər fərdi yaşayış evlərindən də oğurluqlar törətdiyi ortaya çıxıb.

Qaldırılan cinayət işi çərçivəsində məhkəmənin çıxardığı hökmlə S.Məmmədli barəsində həbs qətimkan tədbiri qəbul edilib.

Xəbər lenti

    Çox oxunanlar