22:40

Cəlilabad rayonunda sahibkarın meyiti evinin həyətində tapıldı

Cəlilabad rayonunda sahibkarın meyiti evinin həyətində tapıldı

Lider.com.az istinadən bildirir ki, Cəlilabad rayonunun mərkəzində bədbəxt hadisə baş verib və nəticədə bir nəfər ölüb.

Şəhər sakini olan, 1981-ci ildə doğulan İsmayıl İmanovun cəsədi öz evinin həyətyanı sahəsindən tapılıb.

Hələlik onun hansı səbəbdən dünyasını dəyişdiyi məlum deyil, mərhumun Cəlilabad rayon bazarında ətir satışı ilə məşğul olduğu bildirilir.

Baş verən hadisə ilə əlaqədar olaraq araşdırmalara başlanılıb.

Xəbər lenti

    Çox oxunanlar