09:44

Dünən respublika ərazisində axtarışda olan 129 nəfər saxlanılıb

Dünən respublika ərazisində axtarışda olan 129 nəfər saxlanılıb

Lider.com.az istinadən bildirir ki, oktyabrın 30-da respublika ərazisində qeydə alınan 27 cinayət, eləcə də əvvəlki dövrlərdən bağlı qalan 6 cinayət polisin keçirdiyi tədbirlər nəticəsində açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata əsasən, müxtəlif növ cinayətlərə görə axtarışda olan ümumilikdə 129 nəfər, o cümlədən borclu qismində axtarılan 102 şəxs yaxalanaraq aidiyyəti qurumlara təhvil verilib.

Bununla yanaşı, hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrlə əlaqəli 8, eləcə də qanunsuz olaraq saxlanılan silah-sursatın aşkarlanması və götürülməsi ilə bağlı 3 fakt müəyyənləşdirilib.

Eyni zamanda, müxtəlif cinayətlər törətməkdə şübhəli bilinən 45 nəfər də saxlanılaraq məsuliyyətə cəlb olunub.

Xəbər lenti

    Çox oxunanlar