
Lider.com.az istinadən bildirir ki, paytaxtın Sabunçu rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Belə ki, 1959-cu il təvəllüdlü Ədalət Bədəlov sürücüsü olduğu "VAZ 2109" markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman velosiped sürən 1993-cü il təvəllüdlü Ülfət Hüseynovu vurub. Qəza nəticəsində velosipedçi hadisə yerində həyatını itirib.
Baş verən faktla əlaqədar olaraq cinayət işi açılıb.
