11:31

Gəncədə 68 yaşlı kişi elektrik cərəyanı vurması nəticəsində ölüb

Gəncədə 68 yaşlı kişi elektrik cərəyanı vurması nəticəsində ölüb

Lider.com.az istinadən bildirir ki, Gəncə şəhərində bədbəxt hadisə qeydə alınıb.

İnsident şəhərdəki Adil İsgəndərov küçəsində baş verib.

1958-ci il təvəllüdlü yerli sakin C.Əlizadə evinin zirzəmisində təsərrüfat işləri görərkən onu elektrik cərəyanı vurub və 68 yaşlı kişi hadisə yerində həyatını itirib.

Gəncə şəhər prokurorluğu tərəfindən faktla əlaqədar araşdırma aparılır.

Xəbər lenti

    Çox oxunanlar