16:51

Paytaxtda və rayonlarda qanunsuz silah-sursat aşkar olunub

Paytaxtda və rayonlarda qanunsuz silah-sursat aşkar olunub

Lider.com.az istinadən bildirir ki, daxili işlər orqanlarının əməkdaşları tərəfindən oktyabrın 30-da paytaxt ərazisində və ölkənin müxtəlif bölgələrində həyata keçirilən tədbirlər nəticəsində qanunsuz saxlanılan silah və sursatlar yığılıb.

Bununla əlaqədar olaraq, bir ədəd tapança, bir ədəd tüfəng, bir ədəd patron darağı, eləcə də müxtəlif çaplı 238 ədəd patron tapılaraq götürülüb.

Vurğulanıb ki, vətəndaşlarda olan qanunsuz odlu silahların aşkar edilməsi istiqamətində əməliyyat-profilaktiki tədbirlər bundan sonra da davam etdiriləcək.

Xəbər lenti

    Çox oxunanlar