17:40

Gəncə şəhərində baş verən yol qəzasında beş nəfər yaralanıb

Gəncə şəhərində baş verən yol qəzasında beş nəfər yaralanıb

Lider.com.az istinadən bildirir ki, Gəncə şəhərində minik avtomobillərinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

İnsident zamanı şəhər küçələrində hərəkətdə olan "Mercedes" və "QAZ 31" markalı nəqliyyat vasitələri bir-biri ilə çırpılıb. Qəza nəticəsində 1979-cu il təvəllüdlü R.Babayev, 1985-ci il təvəllüdlü S.Abuzərova, 1977-ci il təvəllüdlü S.Pənahova, 1987-ci il təvəllüdlü Ü.Poladova və 2003-cü il təvəllüdlü Ə.İmanov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq dərhal tibb müəssisəsinə çatdırılıblar.

Zərərçəkənlərin səhhətinin kafi qiymətləndirildiyi qeyd olunur.

Xəbər lenti

    Çox oxunanlar