
Lider.com.az istinadən bildirir ki, Sumqayıt şəhərində beş avtomobilin qatıldığı zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb.
İnsident şəhər ərazisindəki Babək küçəsində baş verib.
Məlumata əsasən, hərəkətdə olan "Opel" markalı minik maşını idarəetmədən çıxaraq yolun kənarında dayanacaqda qoyulmuş digər "Opel", həmçinin "Hyundai", "Toyota", "Mercedes" və "Range Rover" markalı nəqliyyat vasitələrinə çırpılıb.
Baş vermiş qəza nəticəsində maşınlara əhəmiyyətli dərəcədə maddi ziyan dəyib.
