09:26

Şəkidə avtomobil dərəyə yuvarlandı: 1 nəfər ölüb, 3 yaralı var

Şəkidə avtomobil dərəyə yuvarlandı: 1 nəfər ölüb, 3 yaralı var

Lider.com.az istinadən bildirir ki, Şəki rayonunun İnçə kəndində gecə saatlarında ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

“Lada Priora” markalı minik maşını sürücünün idarəetməsindən çıxaraq dərəyə yuvarlanıb.

Qəza nəticəsində avtomobildə olan sərnişinlərdən biri – Laçın rayon sakini, 24 yaşlı Səbuhi Əlibala oğlu Ağazadə aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Hadisə zamanı digər üç nəfər – Şamaxı rayon sakini, 24 yaşlı Əzəlxan Vəliyev, Goranboy rayon sakini, 25 yaşlı Ruhin Əliyev və Mingəçevir şəhər sakini, 40 yaşlı Surxan Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıblar.

Faktla bağlı müvafiq araşdırmalara başlanılıb.

Xəbər lenti

    Çox oxunanlar